Haqqımda
Osman Cho — Azərbaycanlı food blogger və məzmun yaradıcısı
Osman Cho Azərbaycanda yaşayan food blogger, influenser və məzmun yaradıcısıdır. 2022-ci ildən Azərbaycan mətbəxinin Milli yeməklərini və dünya mətbəxlərini sözsüz, retro film estetikalı video reseptlərlə çəkir; Instagram, TikTok, YouTube və Facebook-da paylaşır.

Nə çəkirəm
Hər video bir reseptdir: ərzaqlar, hazırlanma qaydası və nəticə — səssiz, kadrın keyfiyyətinə və detallara fokuslanmış formatda. Plov, dolma, qutab, kabab kimi milli yeməklərlə yanaşı türk, gürcü, italyan və Asiya mətbəxlərindən reseptlər də var.
Bu saytda həmin videoların yazılı reseptləri toplanıb: hər resept üçün ərzaq siyahısı və addım-addım hazırlanma qaydası, üç dildə.
Brendlərlə iş
Yerli və beynəlxalq brendlər üçün məhsul inteqrasiyası, brendli reseptlər və vizual kontent istehsal edirəm. Əməkdaşlıq formatları və əlaqə üçün ayrıca səhifə var.
Platformalar
Əməkdaşlıq etdiyim brendlər
Coca-Cola · Bonduelle · Sloboda · Azersud · Magnum · Final · Özsüt · Samsung · LG · Huawei · Xiaomi · Beko · Dreame · Mastercard · Kapital Bank · Rabitabank · Araz · Birmarket · Wolt · Yango · Soliton · GAC
2022-ci ildən seçilmiş əməkdaşlıqlar.
Mətbuatda
Onedio, Noyabr 2022
Azərbaycan Mətbəxini Film Dadında Videoları ilə Evlərimizə Qonaq Edən Osman Ço1news.az, 12 İyun 2023
Osman Çonun Hekayəsi: Nanotexnologiya Mühəndisi Azərbaycan Yeməkləri ilə Sosial Şəbəkələri Necə Fəth EtdiMedia.az, İyul 2023
Osman Ço Avropadakı Həyatı, Bakıya Qayıdışı və Kulinariya Kanalının Yaradılması HaqqındaMilli.az
Retro Videoları ilə Milyonları Heyran Qoyan Gənc Azərbaycanlı Kulinariya Yaradıcısı1news.az, 26 May 2023
HONOR Sehrin Gücünü Yeməklərə Qatır: Osman Ço ilə Xüsusi LayihəOxu.az
Yüksək Səviyyəli Brend Əməkdaşlığı: Osman Ço ilə Yaradıcı LayihəMilli.az
Yüksək Texnologiyalar və Yüksək Mətbəx: Osman Çonun Mühəndis Düşüncəsi
Tez-tez verilən suallar
- Osman Cho kimdir?
- Osman Cho (Osman Abdullayev) — Azərbaycanlı food blogger, food influenser, food prodüser və məzmun yaradıcısıdır. 2022-ci ildən Azərbaycan və dünya mətbəxlərinin video reseptlərini çəkir.
- Osman Cho harada yerləşir?
- Bakı, Azərbaycan. Çəkilişlər əsasən Bakıda aparılır; brend əməkdaşlıqları həm yerli, həm də beynəlxalq şirkətlərlə mümkündür.
- Hansı platformalarda paylaşır?
- Instagram, TikTok, YouTube və Facebook. Aktual izləyici sayları saytın “Auditoriya” bölməsində göstərilir.
- Reseptləri harada tapmaq olar?
- Bu saytın “Reseptlər” bölməsində: hər video üçün ərzaqlar və hazırlanma qaydası, axtarış və üç dildə mətn.
- Brendlər Osman Cho ilə necə əməkdaşlıq edə bilər?
- “Brendlər üçün” səhifəsində formatlar və əlaqə var: e-poçt və ya WhatsApp ilə yazın, konsepsiya birgə planlaşdırılır.