Deviled Eggs

YouTubeƏlavə olunub: 27 İyun 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Qonaq gəlirsə və ya sadəcə ləzzətli bir qəlyanaltı axtarırsınızsa, bu xüsusi içlikli yumurtalar həm asan hazırlanır, həm də sadə ərzaqlarla süfrəyə fərqlilik qatır.

Ərzaqlar

Yumurta 6 əd Qırmızı soğan 0.5 əd Hisə verilmiş hinduşka (vetçina) 50 q Mayonez xamalı 3 x.q. Dijon xardalı 1 ç.q. Qarğıdalı yağı 1 x.q. Duz Qara istiot Paprika Yaşıl soğan

Hazırlanma qaydası

Yumurtaları 12 dəqiqə qaynadırıq, qaynayandan sonra soyuq suda 2-3 dəqiqə saxlayıb qabığını soyuruq. Yumurtaların sarılarını ayırıb bir qaba qoyuruq, üzərinə xırda rəndələnmiş qırmızı soğan, qarğıdalı yağında qovrulmuş və doğranılmış hisə verilmiş hindüşka, xamalı mayonez Sloboda, dijon xardalı (başqası da olar acı olmasın), duz və qara istiot əlavə edib krem halına gələnə kimi qarışdırırıq. Sonra qarışımı yumurtaların ağına əlavə edib üzərinə yaşıl soğan və şirin paprika tozu səpirik. Nuş olsun!

Qəlyanaltı reseptləri30 dəqiqəyə hazır reseptlərSəhər yeməyi reseptləriBayram süfrəsi üçün reseptlər