Pizza Dürüm

YouTubeƏlavə olunub: 17 Oktyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Sosiska, bibər və pomidoru doğrayın.
  2. 2.Tavada zeytun yağını orta odda qızdırın, sosiskanı əlavə edib qızarana kimi qovurun.
  3. 3.Ardınca yaşıl bibəri, sonra isə pomidoru əlavə edib pomidorun suyu çəkilənə kimi bişirin.
  4. 4.Tavanın altını söndürün, pendiri əlavə edib qarışdırın.
  5. 5.Hazırladığınız içliyi tortilla lavaşına qoyun, lazım olarsa, əlavə pendir səpin. Kənarlarını qatlayıb möhkəm rulet şəklində bükün. Lavaşın kənarına bir az su sürtüb bağlayın ki, açılmasın.
  6. 6.Tavada aşağı odda kərə yağında hər tərəfi qızılı rəng alıb xırtıldayana qədər qızardın.

Qəlyanaltı reseptləri30 dəqiqəyə hazır reseptlərSəhər yeməyi reseptləriƏt reseptləri