Ərzaqlar
Salat üçün
Hazırlanma qaydası
- 1.Əti yuyandan sonra mütləq qurudun.
- 2.Şirin bibəri əl ilə doğrayın və kağız dəsmalla suyunu yaxşıca sıxın.
- 3.Ət, quyruq və bibəri qiymə halına gətirin. Ədviyyatlar vurulandan sonra əti ələ yapışana qədər yoğurun.
- 4.Əti şişə vurmadan əvvəl kündələrə ayırıb soyuducuda minimum 30 dəqiqə saxlayın.
- 5.Qiyməni sərin və quru şişlərə çəkin.
- 6.Kababı qızmar közdə bişirin. Bir üzü qızarmadan şişi digər üzünə çevirməyin.
- 7.Salat üçün soğan, pomidor və cəfərini doğrayın, sumax və duz əlavə edib qarışdırın. Kababla birlikdə servis edin.
Qeydlər
- Erkək quzunun quyruğundan istifadə etmək lazımdır, çünki dişi quyruğu çox tez əriyir və iy verir.
- Əti yuyandan sonra qurutmasanız, ət özünə suyu çəkib şişə yapışmayacaq.
- Şişlər sərin və quru olmalıdır, günəşin altında qiyməni şişə çəksəniz yapışmayacaq.
- Şirin bibərin suyu qiyməni şişdən salır, buna görə də suyunu mütləq sıxmaq lazımdır.
- Adana kababı və lülə bişiriləndə köz digər kabablara nisbətən daha qızmar olmalıdır.
- Əti soyuducuda saxladıqda farş şişə daha rahat taxılır və dağılmır.
- 1 kq mal ətinə 1 kq quyruq (700-800 q da ola bilər, amma çox olmağı məsləhətdir), 150-200 q şirin bibər və zövqə görə duz, acı toz bibər istifadə edə bilərsiniz.
- 1 kq quzu ətinə ətin yağlılığından asılı olaraq təxminən 500 q quyruq gedir. Mal əti ilə quzu ətini qarışdıra da bilərsiniz.
Ət reseptləriManqal reseptləriTürk mətbəxi reseptləri