Ərzaqlar
Hazırlanma qaydası
- 1.Badımcanın və soğanın qabığını soyub yuyun və sürtgəcdən və ya ətçəkən maşından keçirin.
- 2.Sürtgəcdən keçirilmiş badımcanla soğana duz qatın və 5–10 dəqiqə saxlayın ki, suyu çıxsın.
- 3.Qatışığın suyunu tənzif və ya əllərinizlə yaxşıca sıxın.
- 4.Qozu xırda doğrayın. Yumurtaları çalın, içinə tərəvəzləri və qozu qatıb zövqə görə duz və istiot əlavə edərək qarışdırın.
- 5.Tavaya bitki yağı əlavə edib qızdırın.
- 6.Kükü qarışığını tavaya töküb qapağı örtülü şəkildə zəif odda bişirin.
- 7.Altı qızarıb üstü azca bərkiyəndə kükünü çevirin və digər tərəfini də qızardın.
Azərbaycan mətbəxi reseptləriVegetarian reseptləriSəhər yeməyi reseptləri30 dəqiqəyə hazır reseptlər