Mavigiləli Alman Pankeyki

YouTubeƏlavə olunub: 8 İyul 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Tava üçün

Üzəri üçün

Hazırlanma qaydası

  1. 1.Əvvəlcədən sobanı 210 dərəcədə alt-üst rejimdə qoşun ki, qızsın. Eyni zamanda çuqun tavanı orta odda bərabər şəkildə qızdırın.
  2. 2.Yumurta, süd, un, vanilin, duz, şəkər, əridilmiş kərə yağı və limon qabığını blenderə əlavə edib hamar qarışım alınana qədər qarışdırın.
  3. 3.Tava tam qızdıqdan sonra içinə kərə yağı əlavə edib əridin. Ardınca mavigiləni əlavə edin və gözləmədən xəmir qarışımını tavaya tökərək dərhal 210 dərəcədə qızdırılmış sobanın orta səviyyəsinə yerləşdirin.
  4. 4.Təxminən 15 dəqiqə bişirin.
  5. 5.Hazır olduqdan sonra üzərinə şəkər pudrası səpərək servis edin.

Qeydlər

  • Kərə yağının yanmamasına diqqət edin.
  • Tava kifayət qədər qızmasa, pankeyk qalxmaya bilər.
  • Bişirmə zamanı sobanın qapağını açmayın, əks halda pankeyk qalxmaya bilər.
  • Sobaların gücü fərqli olduğu üçün bişmə müddətinə nəzarət edin ki, yanmasın.
  • Pankeyk sobadan çıxandan sonra şişinin enməsi tam normaldır, belə də olmalıdır.

Səhər yeməyi reseptləriŞirniyyat reseptləriXəmir və çörək reseptləri30 dəqiqəyə hazır reseptlərVegetarian reseptləri