Marketlərdən hazır almaqdansa, evdə daha sağlam marinə edilmiş skumbriya hazırlayın – zülal və faydalı yağlarla zəngindir, kartofla birlikdə isə uzun müddət tox saxlayır!
Ərzaqlar
Marinad üçün
Qaynayandan sonra əlavə etmək üçün
Hazırlanma qaydası
- 1.Skumbriyanı təmizləyib 3 santimetrlik hissələrə ayırın.
- 2.Soğanı yarımhalqa doğrayın.
- 3.Su, duz, şəkər, istiot, dəfnə yarpağı və keşniş toxumunu 5 dəqiqə qaynadın.
- 4.Tam soyumasını gözləyin, yoxsa balıq bişər.
- 5.Soyumuş marinada yağ və sirkə əlavə edin.
- 6.Balığı soğanla qat-qat düzün, marinadı üzərinə tam örtəcək qədər süzün.
- 7.Soyuducuda minimum 3 saat, ideal olaraq 12 saat saxlayın.
Qeydlər
- Sirkəni çox etməyin, balıq sərtləşə bilər.
- Marinad nə çox şirin, nə çox turş olmalıdır.