Sovet dövründə məşhur olan "Qluxar yuvası" salatı. Bu salat Yeni il süfrəsində öz yerini tam haqq edir.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Kartofu nazik sürtgəcdən (Koreya sürtgəcindən) keçirib yaxşıca yuyur, qurudur və bitki yağında qızılı rəng alana qədər qızardırıq.
- 2.Soğanı xırda doğrayırıq, üzərinə duz, şəkər, alma sirkəsi və az su əlavə edib marinə edirik.
- 3.Yumurtaların sarısını ayırırıq, üzərinə duz, qara istiot, mayonez və şüyüd əlavə edib qarışdırırıq, xırda yumurtalar formasında hazırlayırıq – bunlar salatın bəzəyi olacaq.
- 4.Bir qabda qaynadılmış toyuq filesi, doğranmış xiyar, qarğıdalı, yumurta ağı, marinad edilmiş soğan (suyu süzülmüş), azca duz, istiot və mayonezi qarışdırırıq.
- 5.Salatı boşqaba yığırıq, üzərini kartof ilə “yuva” formasında örtürük, ortasında çökəklik açıb yumurta kürəciklərini yerləşdiririk.
Salat reseptləriToyuq reseptləriBayram süfrəsi üçün reseptlər