Badımcan Kotleti

YouTubeƏlavə olunub: 16 Avqust 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Düzünü desəm, badımcan kotletlərin belə dadlı olacağını gözləmirdim! Vegetarian olsaydım bu bəlkə də ən sevdiyim yemək olardı. Hətta dostlarım da şokda idi dadından. Mütləq hamı sınamalıdır.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Badımcanları deşib 20 dəqiqə əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişiririk, sonra soyudub dərisini soyuruq və xırda doğrayırıq.
  2. 2.Pomidorun qabığını soyub, suyunu sıxırıq və xırda doğrayırıq.
  3. 3.Göyərtini kağız dəsmalla qurudub xırda doğrayırıq. Soğanla sarımsağı xırda doğrayırıq, pendiri də sürtgəcdən keçiririk.
  4. 4.Bütün doğranmış ərzaqları bir qaba yığırıq. Üzərinə 1 yumurta, duz, istiot və manna yarması əlavə edib qarışdırırıq.
  5. 5.Kotletlər düzəldib una batırırıq və isti yağda orta odda hər tərəfdən qızardırıq. Sonra qapağı örtülü şəkildə 5-6 dəqiqə bişiririk.
  6. 6.Hazır olandan sonra kotletləri kağız dəsmalın üzərinə yığırıq ki, artıq yağı çəkilsin və yağda qalan yanmış unun dadı gəlməsin.

Qeydlər

  • Badımcanın suyu varsa doğramamışdan qabaq suyunu mütləq sıxın.
  • Pomidorun da mümkün qədər suyunu sıxmaq lazımdır.
  • Kotletlər çiy halda bir az sulu alınacaq, buna görə narahat olmayın. Bir az qızaran kimi yumurta və manna yarması kotletləri bərkidəcək.

Vegetarian reseptləriQəlyanaltı reseptləri