Soyuq və isti qəlyanaltı kimi hazırlana bilər.
Ərzaqlar
Ləvəngi üçün
Badımcana sürtmək üçün
Hazırlanma qaydası
- 1.Badımcanın saplağını soyub, ortadan yarın və bıçağın ucu tam axıra kimi girməmək şərtilə qıraqlardan deşib duzlu suda pörtləməyə qoyun.
- 2.Çəngəllə yoxlayın, badımcan yumşaldısa oddan götürün.
- 3.Badımcanın suyu çəkilməlidir. Bunun üçün aşsüzənin üzərinə kağız dəsmal qoyun və badımcanları üzərinə düzün. Üstünə yenə kağız dəsmal, qab və qabın üzərinə ağır bir şey qoyun. Badımcanların kəsik tərəfi yana baxmalıdır, əks halda ağırlıq altında açılacaq. Təxminən 2 saat (və ya cunaya bükərək 7 saat) suyunun çıxmasını gözləyin.
- 4.Ləvəngi üçün qoz ləpəsi və soğanı ətçəkən maşından keçirin. Soğanın suyunu sıxın, üzərinə duz, qara istiot, kərə yağı və palçıq alça turşusu əlavə edib qarışdırın.
- 5.Badımcana sürtmək üçün olan turşunu duz və istiotla qarışdırıb badımcanın iç hissəsinə sürtün (üst tərəfinə sürtəndə qaralacaq).
- 6.Badımcanın içini ləvəngi ilə doldurun.
- 7.Kərə yağında tavada vam odda hər tərəfini 10 dəqiqə qapağı bağlı şəkildə bişirin.
Qeydlər
- Çalışın alça turşusunu palçıq halında alın, adətən bazarlarda satılır.
Azərbaycan mətbəxi reseptləriVegetarian reseptləriQəlyanaltı reseptləri