Qədim türk yeməyi - Basdırma.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Duzlama (10 gün): Ət tam quru olmalıdır. Çalışın imkan varsa can ətindən istifadə edin, onda basdırma ağızda əriyəcək. Dərin qaba qoyub hər tərəfini tam örtəcək şəkildə duz ilə örtün. Üzərinə taxta və ağırlıq qoyun ki, su tam çıxsın. Sərin mühitdə saxlayın (isti olmasın). Hər gün yoxlayın: əriyən duzu tamamlayın, açıq yer qalmasın.
- 2.Yuma və suda saxlama (1 gün): 10-cu gün əti duzdan çıxarın, yaxşıca yuyun. Tam örtüləcək şəkildə soyuq suya salın. 24 saat ərzində hər 3 saatdan bir suyu dəyişin.
- 3.Qurudulma (2 gün): Əti sudan çıxarın, salfetlə tam qurudun. Deşik açıb ipdən keçirin. Havadar, sərin yerdə 2 gün asın.
- 4.Ədviyyatların vurulması (1 gün): Sarımsağı duzla birlikdə əzin. Çəmən otu toxumlarını toz halına gətirin. Bütün ərzaqları qatıb su əlavə edin. Konsistensiya: çiğ köftədən bir az yumşaq olmalıdır. Çəməni ətin hər tərəfinə bərabər yayın. Əlləri isladıb səthi hamarlayın. 1 gün açıq asılı qalsın. Birbaşa cunaya sarsanız çatlar əmələ gələ bilər.
- 5.Son quruma (10 gün): 1 gün quruyandan sonra basdırmanı cunaya bükün və daha 10 gün asılı vəziyyətdə qurudun. Nuş olsun!