Evdə hazırlaya biləcəyiniz İslak Hamburger. Bu resept xüsusilə xaricdə yaşayan və İstanbul gecələri üçün darıxan insanlar üçündür.
Ərzaqlar
Sous üçün
Sousu bişirmək üçün
- Kərə yağı 1 x.q.
- Su
Kotlet üçün
Hazırlanma qaydası
- 1.Qiyməni ədviyyatlarla qarışdırıb yaxşıca yoğurun. Eyni ölçüdə yumru kotletlər hazırlayın və bitki yağında hər iki tərəfini bişirin.
- 2.Sousu daim qarışdıraraq zəif odda 15 dəqiqə qaynadın. Sous çox qatı olarsa, üzərinə bir qədər qaynar su əlavə edib durulaşdırın. Hazır olduqdan sonra soyumasını gözləyin.
- 3.Hamburger bulkalarını sousa batırın. Bişmiş kotletləri bulkaların arasına yerləşdirin və hamburgerləri istiyədavamlı boşqaba düzün.
- 4.Buxar qurğusunu hazırlamaq üçün iri qazanın dibinə bir qədər su tökün. Boşqabın su ilə təmas etməməsi üçün qazanın ortasına piyala yerləşdirin və hamburgerlərin olduğu boşqabı onun üzərinə qoyun. Qazanın qapağını örtüb hamburgerləri vam odda 10 dəqiqə buxarda saxlayın.
Qeydlər
- Daha çox saxlasanız, bulkaların alt hissəsi boşqaba yapışa bilər.