Lavaşdan Lahmacun

YouTubeƏlavə olunub: 24 İyun 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Restoranda yediyiniz lahmacundan geri qalmayan, hətta evdə daha dadlı alınan resept. 3 lahmacun üçün nəzərdə tutulub.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Tavanın üzərinə yağlı kağız qoyuruq, sonra əridilmiş kərə yağı sürtürük.
  2. 2.Daha sonra lavaşı yerləşdirib yenidən üzərinə əridilmiş kərə yağı sürtürük.
  3. 3.Hazırladığımız qiyməni nazik şəkildə lavaşın üzərinə yayıb əvvəlcədən alt-üst rejimində 220 dərəcədə qızdırılmış sobanın aşağı səviyyəsinə qoyuruq və 10 dəqiqə bişiririk.
  4. 4.Daha sonra istiliyi 180 dərəcəyə endirib lahmacunu sobanın yuxarı səviyyəsinə qaldırırıq və 4-5 dəqiqə də bişiririk.

Qeydlər

  • Lavaşın altına və üstünə kərə yağı sürtmək ona görə lazımdır ki, lavaş xırçıltılı olsun və qiymənin suyunu özünə çəkməsin.
  • Bişmə müddəti sobadan asılı olaraq dəyişə bilər, ona görə diqqətli olun ki, lavaş yanmasın.

Ət reseptləriTürk mətbəxi reseptləri30 dəqiqəyə hazır reseptlərQəlyanaltı reseptləri