Ərzaqlar
Üzəri üçün
Hazırlanma qaydası
- 1.Ət yağlı olmalıdır (yağsızdırsa 400 q mal ətinə 100 q quyruq əlavə edin). Əti maşından keçirin. Tərəvəzləri xırda doğrayıb ədviyyatlarla birlikdə qiyməyə əlavə edin və yaxşıca yoğurun.
- 2.Yufkaları hazırlayın. Börek yufkası istifadə edirsinizsə, çox nazik olduğu üçün 5 ədədini üst-üstə qoyun (və ya 1 ədəd iri lavaşdan istifadə edin).
- 3.Tomat pastasını bir az su ilə durulaşdırıb yufkanın üzərinə çəkin.
- 4.Yufkanın kənarına qiyməni uzunsov formada yerləşdirib rulo şəklində bükün.
- 5.Rolları dilimləyib dibi yağlanmış soba qabına düzün. Kənarlarına xırda pomidor və acı bibər əlavə edin.
- 6.Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada (orta səviyyədə) 30-40 dəqiqə bişirin.
- 7.Sobadan çıxardıqdan sonra üzərinə sarımsaqlı qatıq və içində paprika qızdırılmış əridilmiş kərə yağı gəzdirin.
Ət reseptləriTürk mətbəxi reseptləri