Bu yemək ailəni bir yerə yığır və evdə elə bir xüsusi aura yaradır ki... Sobada bişən bu yemək xırda quzu ətinin və tərəvəzlərin yanyana düzülüb birgə bişməsi ilə hazırlanır. Ən gözəl tərəfi isə — süfrənin ortasına qoyulur və yanında sadəcə təzə çörək və ya lavaşla birlikdə hamı bir yerdə ləzzətlə yeyir.
Ərzaqlar
Marinad üçün
Hazırlanma qaydası
- 1.Quzu ətini quşbaşı formasında doğrayın və marinadda 4 saat saxlayın.
- 2.Tərəvəzləri doğrayıb, videoda göstərildiyi kimi tavaya düzün.
- 3.Üzərinə duz, qara istiot və zeytun yağı əlavə edin.
- 4.Əvvəlcə üzərini yağlı kağızla, sonra isə folqa ilə örtün.
- 5.Əvvəlcədən 180 dərəcə temperaturda qızdırılmış sobada 1 saat bişirin.
- 6.Daha sonra folqa və yağlı kağızı çıxarın, ətin şirəsini tərəvəzlərin üzərinə gəzdirin və əlavə 25 dəqiqə, üstü qızaranadək bişirin. Nuş olsun!