Həkim Kolbasası bütün keçmiş SSRİ dövlətləri arasında çox məşhur bişmiş kolbasadır. Digər kolbasalarla müqayisədə bu kolbasa pəhriz saxlayanlar üçün əlverişlidir. Bu resept yaman məşhurdur deyə mən də hazırlamağa qərara gəldim. Kolbasadan daha çox mənə paştet xatırlatdı.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Toyuğu doğrayırıq, soyuq suya qoyuruq, qaynayana yaxın götürüb çirkli suyunu süzürük.
- 2.Yenidən su əlavə edib tərəvəzlərlə və ədviyyatlarla qaynamağa qoyuruq. Duzu hələ əlavə etməyin, çünki suyun həcmi qaynadıqca azalır.
- 3.1 saat qaynayandan sonra bulyonu süzürük (tullamırıq, çünki lazım olacaq). Qaynamış tərəvəzləri tullaya bilərsiniz, çünki dadını veriblər.
- 4.Toyuğun ətini sümüklərdən ayırırıq, duz, qara istiot, ədviyyatlar və rəng üçün 1 x.q. çuğundur şirəsini əlavə edirik.
- 5.300 ml bulyona jelatin əlavə edib qarışdırırıq və toyuğa əlavə edirik. Blenderlə pasta halına kimi gətiririk.
- 6.Hazır olunmuş pastanı formaya əlavə edib üstünü örtürük və soyuducuya 1 gecəlik qoyuruq.
Qeydlər
- Kəsilməyən formadırsa, mütləq pastanı əlavə etməmişdən öncə yağlayın.
Toyuq reseptləriƏt reseptləriQəlyanaltı reseptləriSəhər yeməyi reseptləri