Fransızsayağı Kartof

YouTubeƏlavə olunub: 26 May 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Kartofu təmizləyirik, nazik doğrayırıq, yuyub mütləq quruduruq.
  2. 2.Sonra mayonez, duz və qara istiot əlavə edib qarışdırırıq.
  3. 3.Toyuğun bud dibini sümükdən və dəridən təmizləyirik, çırpırıq, duz və qara istiot əlavə edirik.
  4. 4.Soğanı yarımhalqa şəklində doğrayırıq.
  5. 5.Sobada bişirmək üçün uyğun dərin qabın dibinə bitki yağı sürtürük.
  6. 6.Üzərinə kartof, toyuq, soğan, kartof, toyuq, soğan və kartof düzürük.
  7. 7.Üzərinə qabın dibində qalmış mayonez sousundan azca tökürük.
  8. 8.Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 1,5 saat bişiririk.
  9. 9.Sonra pendir əlavə edib əlavə 15-30 dəqiqə bişiririk.

Qeydlər

  • Mayonez sousunu çox tökməyin, yoxsa yemək sulu olacaq.
  • Qabda artıq su və ya yağ qalarsa, süzə bilərsiniz.

Toyuq reseptləriƏt reseptləri