Dostlar, bilirəm ki, gürcü lobyasının çox fərqli variantları var və hər ailə onu özünəməxsus şəkildə hazırlayır. Mən də müxtəlif reseptlər araşdırdım və şəxsən ən çox bu variant xoşuma gəldiyi üçün sizinlə məhz bunu paylaşmaq qərarına gəldim.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Soğanı xırda doğrayıb duz əlavə edərək bitki yağında qızardırıq.
- 2.Sonra tomat pastası və acika əlavə edib bir az da qovururuq.
- 3.Ardınca paprika və utsxo suneli qatırıq (xmeli suneli də olar).
- 4.Pomidorun qabığını soyub təmizləyirik, blenderlə püre halına gətiririk, sonra tavaya əlavə edirik və turşuluğu neytrallaşdırmaq üçün şəkər əlavə edirik.
- 5.Pomidorun çiy dadı çıxana kimi bişiririk, sonra Bonduelle lobya əlavə edirik və lazım olduqda lobyanın suyundan da əlavə edirik.
- 6.Bir az bişirəndən sonra bir hissəsini ayırıb blenderlə püre halına gətirərək yenidən tavaya qatıb qarışdırırıq.
- 7.Ardınca sarımsaq, göy kərəviz və keşnişi doğrayıb əlavə edirik. 5 dəqiqəyə hazırdır.
- 8.Turşu pomidor və xiyarla servis olunur. Nuş olsun!
Gürcü mətbəxi reseptləriVegetarian reseptləri30 dəqiqəyə hazır reseptlər