Hünkar Beğendi

YouTubeƏlavə olunub: 25 Mart 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

“Hünkar beğendi” Osmanlı saray mətbəxinin məşhur yeməklərindəndir. Adı “Hökmdar bəyəndi” anlamına gəlir. Rəvayətə görə, sultanın çox sevdiyi bu yemək ona hazırlanan ilk vaxtlardan “Hünkar beğendi” adını alıb.

Qovurma üçün

Beşamel-badımcan qarışığı üçün

Hazırlanma qaydası

  1. 1.4 ədəd badımcanı deşib 180°С-də 20 dəqiqə sobada yumşalana qədər bişirin.
  2. 2.Qazanda (və ya tavada) dana ətini suyunu çəkənədək orta temperaturda qovurun.
  3. 3.Suyu çəkiləndən sonra 2 x.q. kərə yağı, xırda doğranmış soğan və yaşıl bibər əlavə edib 5–6 dəqiqə qovurun.
  4. 4.1 x.q. tomat pastası qatıb 1–2 dəqiqə daha qovurun.
  5. 5.Qabığı soyulmuş pomidoru xırda doğrayıb əlavə edin.
  6. 6.Duz, istiot vurub yarım stəkan isti su əlavə edin. Qapağı örtərək zəif odda 10–15 dəqiqə bişirin.
  7. 7.Başqa tavada 1 x.q. kərə yağını əridin.
  8. 8.Üzərinə 1 x.q. un əlavə edib 2–3 dəqiqə qarışdırın.
  9. 9.Unun qoxusu çıxdıqda qaymağı və ya südü tədricən əlavə edərək qarışdırmağa davam edin.
  10. 10.Sous tam qatılaşmadan közlənmiş, doğranmış badımcanları əlavə edib 3–4 dəqiqə bişirin.
  11. 11.Ən sonda rəndələnmiş kaşar pendiri əlavə edin, 1 dəqiqə qarışdırın və ocağı söndürün.
  12. 12.Beşamel-badımcan qarışığını boşqaba tökün. Üzərinə ət qovurmasını əlavə edin və isti şəkildə süfrəyə verin.

Ət reseptləriTürk mətbəxi reseptləri