Kimçi

YouTubeƏlavə olunub: 23 Oktyabr 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Bu dadı ilk dəfə Cənubi Koreya səfərimdə kəşf etmişdim. Ərzaqları oradan gətirmişəm, amma istəsəniz, yerli məhsullarla da eyni ləzzəti əldə edə bilərsiniz.

Ərzaqlar

İçlik üçün

Sıyıq üçün

Sous üçün

Hazırlanma qaydası

  1. 1.Pekin kələmini uzununa iki hissəyə bölün (tam ayırmadan).
  2. 2.5 l soyuq suya 200 q duz əlavə edib qarışdırın, kələmləri bu suya 2–3 dəqiqə salın.
  3. 3.Sonra hər yarpağın arasına qalan 100 q duzu səpin, 6–7 saat saxlayın, ortasında çevirin.
  4. 4.Sonra kələmi 2–3 dəfə soyuq suda yuyub dadına baxın, duzu çoxdursa, bir az təmiz suda saxlayın. Duzu uyğun olduqda 1 saat süzülməyə qoyun.
  5. 5.Düyü ununu su ilə qarışdırıb qatılaşana qədər bişirin, soyudun.
  6. 6.Alma, armud, soğan, sarımsaq və zəncəfili blenderdə püre halına gətirib soyumuş sıyıqla birləşdirin.
  7. 7.Qoçuqaru bibər tozu, balıq sousu və ya xırda krevet (və ya hər ikisi) əlavə edin, qarışdırın — qalın, ətirli sous alınacaq.
  8. 8.Daykon, kök və yaşıl soğanı əlavə edib qarışdırın.
  9. 9.Sousu hər kələm yarpağına çəkin, kələmi büküb qapalı qaba yerləşdirin.
  10. 10.Otaq temperaturunda 2–3 gün fermentasiya edin, sonra soyuducuya qoyun. 2–3 həftəyə kimçi hazır olacaq — turş, ətirli və balanslı dadla.

Asiya mətbəxi reseptləriQəlyanaltı reseptləri