Musaka

YouTubeƏlavə olunub: 28 Sentyabr 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Beşamel üçün

Əlavə

Hazırlanma qaydası

  1. 1.Badımcanı doğrayıb duzlayın, suyunu çəkdikdən sonra qurudun və 180°C sobada 25–30 dəqiqə bişirin.
  2. 2.Kartofu dilimləyib yağda və ya sobada tam bişənə kimi qızardın.
  3. 3.Soğanı zeytun yağında qovurun, qiymə əlavə edin, rəng dəyişənədək bişirin.
  4. 4.Tomat pastası, sarımsaq, darçın, duz, istiot və su əlavə edin, 10 dəqiqə bişirin, suyu tam çəkilməlidir.
  5. 5.Beşamel sousu üçün isti yağa un əlavə edib qarışdırın.
  6. 6.Südü az-az əlavə edin, qatlaşanadək qarışdırın.
  7. 7.Duz, istiot, muskat əlavə edin. İstidən götürüb yumurta sarısı və parmezan pendiri qatın.
  8. 8.1-2 xörək qaşığı sousdan qiyməyə əlavə edib qarışdırın.
  9. 9.Sobanı 180°C-ə qızdırın.
  10. 10.Qatlama ardıcıllığı: Kartof – Badımcan – Parmezan – Qiymə – Badımcan – Parmezan – Cəfəri – Beşamel – Parmezan – Zeytun yağı.
  11. 11.180°C sobada 40–45 dəqiqə üzəri qızaranadək bişirin.

Ət reseptləriTürk mətbəxi reseptləri