Polpo alla Luciana Neapol mətbəxinin ən məşhur osminoq yeməklərindən biridir. Osminoq qapağı bağlı qazanda su əlavə edilmədən, öz şirəsində və zəif odda bişirilir.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Osminoqu əvvəlcə təmizləmək lazımdır: baş hissəsini açıb mürəkkəb kisəsini zədələməmək şərtilə daxili orqanları çıxarmaq, sonra gözləri və dimdiyini çıxarmaq.
- 2.Dibi qalın tavaya zeytun yağı, sarımsaq, pomidor, kapers, zeytun əlavə edib bir az qovurub qarışdırırıq.
- 3.Sonra tomat sousu və osminoqu əlavə edib vam odda qapağı bağlı şəkildə bişiririk.
- 4.Əgər sous çox duru olarsa, osminoqu çıxardıqdan sonra sousu qapağı açıq şəkildə 10–20 dəqiqə bişirin ki, qatılaşsın.
Qeydlər
- Dondurulmuş osminoq çox vaxt artıq təmizlənmiş olur və dondurulma əzələ liflərinin quruluşuna təsir etdiyi üçün bişdikdə daha yumşaq nəticə verə bilər.
- Orta hesabla osminoq hər 1 kq üçün təxminən 40 dəqiqə, ümumilikdə isə 30–60 dəqiqə ərzində bişə bilər. Lakin vaxta kor-koranə əməl etmək düzgün deyil.
- Ən düzgün üsul osminoqu aşağı odda bişirmək və ən qalın hissəsini mütəmadi yoxlamaqdır: bıçaq və ya çəngəl rahat daxil olan kimi bişirməni dayandırmaq lazımdır.
- Osminoqun nə qədər uzun bişsə, bir o qədər yumşaq olacağı və güclü qaynama ilə daha tez yumşalacağı fikri yanlışdır. Həddindən artıq bişirilsə, strukturunu itirib dağılmağa başlayır.
- Osminoq təxminən 80% sudan ibarət olduğu üçün bişirmə zamanı ölçüsü bir neçə dəfə kiçilə bilər.