Ərzaqlar
Hazırlanma qaydası
- 1.Pomidorları doğrayıb üzərinə duz, istiot və zeytun yağı əlavə edin, 180 dərəcədə qızdırılmış sobada üstü qızarana qədər bişirin (çox qurutmayın).
- 2.Soğanı xırda doğrayıb zeytun yağında qovurun. Soğan rəngini dəyişəndə sarımsaq və acı bibər əlavə edin.
- 3.Soğan qızaranda bişmiş pomidorlarla birlikdə bir qazana tökün, üzərinə tomat pastası, sirkə və paprika əlavə edib blenderlə püre halına gətirin.
- 4.Qatılığı tənzimləmək üçün zövqə görə bulyon və ya su əlavə edin, duz və istiot qatıb orta odda 3-4 dəqiqə qarışdıraraq qaynadın.
- 5.Süfrəyə verərkən üzərinə rəndələnmiş pendir və suxari (qurudulmuş çörək qırıntıları) əlavə edin.
Şorba reseptləriVegetarian reseptləri