Dadı klassik suşidən geri qalmır, üstəlik hazırlaması çox asandır.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Düyünü soyuq suda yuyub su tam şəffaf olana qədər təmizləyirik.
- 2.Hər 100 q düyüyə 110 q su əlavə edib qalın dibli qazanda bişiririk: əvvəlcə orta odda qaynamasını gözləyirik, sonra odu minimuma endirib qapağı bağlı şəkildə 15 dəqiqə bişiririk.
- 3.Odu söndürüb daha 15 dəqiqə dəm almasına qoyuruq. Qapağı açmayın.
- 4.Sirkə, şəkər tozu və duzu ayrıca qabda həll edirik (tam həll olmursa azca isidə bilərsiniz).
- 5.Hazır qarışığı bişmiş düyünün üzərinə əlavə edib asta qarışdırırıq.
- 6.Qızıl balığı duz, istiot və bir az yağ ilə 180 dərəcədə 15 dəqiqə bişiririk.
- 7.Bişdikdən sonra əzib içərisinə mayonez, sriracha, ilan balığı sousu və krem-pendir əlavə edib qarışdırırıq. Soya soussuz yeyəcəksinizsə dadına baxıb duzu tənzimləyin.
- 8.Sobaya davamlı qaba təxminən 1 sm qalınlığında düyü yayırıq, üzərinə balıq qarışığını çəkirik.
- 9.180 dərəcədə üstü yüngül qızarana qədər bişiririk.
- 10.Sonda üzərinə bir az ilan balığı sousu əlavə edib xırda doğranmış yaşıl soğan səpirik. Nori ilə birlikdə yeyilir.
Balıq reseptləriDüyü və plov reseptləriAsiya mətbəxi reseptləri