Ballı Teriyaki Souslu Toyuq

YouTubeƏlavə olunub: 22 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Teriyaki sous üçün

Düyü üçün

Hazırlanma qaydası

  1. 1.Bir qabda şəkər tozu, soya sousu, sirkə, küncüt yağı və balı şəkər tozu tam həll olunana qədər qarışdırın.
  2. 2.Düyünü yaxşıca yuyub quruladıqdan sonra zeytun yağında bir qədər qovurun, üzərinə qaynar su və duz əlavə edin. Qapağı bağlı şəkildə ən zəif odda 30-40 dəqiqə bişirin.
  3. 3.Toyuq ətini və bolqar bibərlərini nazik uzunsov, soğanı yarımhalqa şəklində, sarımsağı xırda doğrayın. Zəncəfili sürtgəcdən keçirin.
  4. 4.Tavanı qızdırıb bitki yağı əlavə edin. İsti yağda toyuq ətini bir qədər qızardın, ardınca acı bibər, soğan, sarımsaq və zəncəfil, sonra isə bolqar bibərlərini əlavə edib qovurun.
  5. 5.Tərəvəzlər bişdikdən sonra nişastanı əlavə edib qarışdırın. Əvvəlcədən hazırladığınız sousu töküb qatılaşana qədər 2-3 dəqiqə qarışdıraraq bişirin.

Toyuq reseptləriDüyü və plov reseptləriAsiya mətbəxi reseptləri