Tirit

YouTubeƏlavə olunub: 25 Avqust 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Tirit Anadolu mətbəxinin qədim yeməklərindən biridir – yuxa və ya çörək üzərinə isti ət suyu, didilmiş ət və sarımsaqlı qatıq əlavə olunaraq hazırlanır.

Ərzaqlar

Üzəri üçün

Hazırlanma qaydası

  1. 1.Toyuğun üzərinə çıxacaq qədər su əlavə edin, oda qoyun, kəfini təmizləyin və 0.5 x.q. duz əlavə edib qaynadın.
  2. 2.Yuxaları rulo şəklində bükün, 2 barmaq qalınlığında doğrayıb formaya düzün.
  3. 3.Duru yağı fırça ilə yuxaların üzərinə sürtün.
  4. 4.220 dərəcədə altı-üstü qızarana qədər bişirin və soyumağa qoyun.
  5. 5.Bişmiş toyuğu sümükdən ayırın, 2-3 x.q. isti toyuq suyunu yuxaların üzərinə gəzdirin.
  6. 6.Sarımsaqlı qatığı yuxaların üzərinə tökün.
  7. 7.Didilmiş toyuq ətini qatığın üzərinə düzün.
  8. 8.Kərə yağını qızdırın, qırmızı paprika tozu ilə qarışdırın və üzərinə gəzdirərək isti şəkildə servis edin.

Toyuq reseptləriTürk mətbəxi reseptləri