Albalılı Yay Dəmləməsi

YouTubeƏlavə olunub: 26 Fevral 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Dadı çox maraqlı olan albalılı və toyuqlu yay dəmləməsi.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Soğanı doğrayıb kərə yağında orta odda qızardırıq. Bir az duz və rəngi dəyişəndə 1/3 ç.q. sarıkök əlavə edirik.
  2. 2.Ardınca yuyulmuş və doğranılmış döş əti əlavə edirik və qapağı açıq şəkildə bir az yüksək odda qızardırıq.
  3. 3.Toyuq bir az qızarandan və yağa düşəndən sonra tumu təmizlənmış albalı əlavə edirik, qapağını örtüb aşağı odda 30 dəqiqə bişiririk.
  4. 4.Düyünü yuyuruq, yarım saat suda saxlayıb suyunu süzürük.
  5. 5.Qarğıdalı yağında orta odda qarışdırıb qızardırıq ki, dibinə yapışmasın.
  6. 6.Düyünün ətri çıxanda üstünə düyünün 2 qatı qədər qaynar su, duz və qalan sarıkökü əlavə edirik, qarışdırırıq, qapağını örtüb qaynamağını gözləyirik.
  7. 7.Qaynayandan sonra odu minimuma azaldırıq və 30 dəqiqə qapağı bağlı şəkildə dəmləyirik.

Toyuq reseptləriDüyü və plov reseptləriAzərbaycan mətbəxi reseptləri