Döşəmə Plov

YouTubeƏlavə olunub: 29 Dekabr 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Toyuğu doğrayıb üzərinə ədviyyatlar və yarımhalqa şəklində doğranmış soğan əlavə edib yaxşıca qarışdırırıq.
  2. 2.Üzərini örtüb bir neçə saat soyuducuda marinasiya edirik.
  3. 3.Düyünü soyuq suda yuyub yarım saat isladırıq.
  4. 4.2 litr qaynayan suya 2 xörək qaşığı duz əlavə edib qarışdırırıq, sonra süzülmüş düyünü əlavə edib qarışdırırıq.
  5. 5.Təxminən 5-8 dəqiqə bişdikdən sonra düyünü süzürük.
  6. 6.Zəfəranı 50 ml qaynar suda dəmlənməyə qoyuruq.
  7. 7.Dibi yapışmayan qalın tava və ya qazanın dibinə bitki yağı tökürük, toyuqları dərisi aşağı olmaqla düzürük, sonra üzərinə soğan əlavə edirik.
  8. 8.Daha sonra düyünün yarısını töküb duz, istiot, əridilmiş kərə yağı və dəmlənmiş zəfəranın yarısını əlavə edirik.
  9. 9.Ardınca qalan düyünü əlavə edib, üzərinə yenə kərə yağı və zəfəran tökürük.
  10. 10.Üzərini AURA kağız dəsmalına bükülmüş qapaqla örtürük və vam odda ən azı 1 saat dəmə qoyuruq.

Qeydlər

  • Düyünü su şəffaf olana qədər yumaq vacibdir.
  • Düyünü barmağınızla sıxdıqda bölünürsə, deməli, süzmək vaxtıdır.
  • Əsl keyfiyyətli zəfəran yod iyi verməlidir.
  • Od minimal olmalıdır, əks halda toyuğun altı yana bilər.
  • Yanğın ehtimalının qarşısını almaq üçün kağız dəsmalın kənarlarını isladıb qapağın üstünə yapışdırın.

Toyuq reseptləriDüyü və plov reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər