Qiyməli Şabalıdlı Noxudlu Aş

YouTubeƏlavə olunub: 17 Mart 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.İlk öncə noxudu gecəlik suda saxlayırıq.
  2. 2.Dana ətini çəkirik. 50 q kərə yağında soğanı qovururuq, rəngi bir az dəyişən kimi qiyməni əlavə edib qarışdırırıq.
  3. 3.Ət rəngini dəyişəndən sonra zövqə görə duz, qara istiot, 0.5 ç.q. sarıkök əlavə edirik.
  4. 4.Ardınca gecədən hazırladığımız noxudu və şabalıdı əlavə edib qapağı bağlı şəkildə şabalıd hazır olana kimi bişiririk. Sonda duzunu yoxlayın.
  5. 5.Düyünü suyu şəffaf olana kimi soyuq suda yuyuruq, sonra düyünü süzüb qaynayan suyun içinə əlavə edirik və yarıbişmiş halına gələndə süzürük (təxmini 8-10 dəqiqə).
  6. 6.Qazanın dibinə 50 q kərə yağı əlavə edirik, üzərinə düyünün yarısını, sonra bütün şabalıdlı noxudlu qiyməni, sonra düyünün ikinci yarısını əlavə edirik.
  7. 7.Üzərinə 0.5 ç.q. sarıkök, 50 q kərə yağı və yarım stəkan su (100 ml) əlavə edib qapağı bağlı şəkildə 40 dəqiqəlik dəmə qoyuruq. Nuş olsun!

Düyü və plov reseptləriƏt reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər