Küftə üçün
Fisincan üçün
Plov üçün
Hazırlanma qaydası
- 1.Əti çəkirik. Ət mütləq yağlı olmalıdır. Yağsızdırsa quyruq əlavə edə bilərsiniz.
- 2.Soğanı püre halına gətirib ətə əlavə edirik.
- 3.Duz və istiot əlavə edib qiyməni yaxşıca yoğururuq.
- 4.Sonra qozdan bir az böyük ölçüdə küftələr hazırlayıb 30 dəqiqəlik soyuducuya qoyuruq ki, formanı tutsun.
- 5.Küftələri qaynayan duzlanmış suya əlavə edib 10-15 dəqiqə qaynadırıq. Kəfini təmizləməyi unutmayın.
- 6.Fisincan üçün qırmızı soğanı xırda doğrayıb kərə yağında qızardırıq.
- 7.Küftələri əlavə edirik, ardınca 200 ml bulyonla qarışdırdığımız 1 ç.q. alça və 1 ç.q. nar turşusunu əlavə edib ehtiyatla qarışdırırıq.
- 8.Qozu da blenderdən keçirib əlavə edirik.
- 9.Ardınca 200 ml nar şirəsi əlavə edirik və yağa düşənə kimi bişiririk. Zövqə görə duz və qara istiot əlavə edirik.
- 10.Düyünü suyu şəffaf olana kimi yuyuruq.
- 11.Qazanda 3 l suya 3 x.q. duz atıb qaynadırıq. Su qaynayandan sonra yuyulmuş düyünü əlavə edib yarı bişmiş halına kimi (8-10 dəqiqə) qaynadıb süzürük.
- 12.Qazanın dibinə kərə yağı və lavaş əlavə edirik. Düyünü təmiz qazana əlavə edirik, dəmlənmiş zəfəran, zövqə görə sarıkök, kərə yağı əlavə edib vam odda 40 dəqiqə dəmləyirik.
Qeydlər
- Küftəni qaynadarkən su duzlu olmalıdır ki, küftə dağılmasın. Lakin suya çoxlu duz əlavə etməyin, çünki həmin suyu bulyon kimi istifadə edəcəksiniz.
Ət reseptləriDüyü və plov reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər