Ərzaqlar
Xəmir üçün
Tomat sousu üçün
Xama sousu üçün
Hazırlanma qaydası
- 1.Əti yuyub soyuq suya qoyaraq qaynamağa qoyun, köpüyünü yığın və vam odda qapağı bağlı şəkildə 1.5 saat bişirin.
- 2.Bişmiş əti bulyondan çıxarıb zövqə görə sümüklərdən ayırın. Bulyonu süzgəcdən keçirib yenidən ətlə birlikdə qazana əlavə edin.
- 3.Bulyon qaynayanda kartof və 1 x.q. duz əlavə edib kartof bişənədək (təxminən 20 dəqiqə) qaynadın, sonra kartofla əti bulyondan çıxarın.
- 4.Tomat sousu üçün pomidorları sürtgəcdən keçirib bitki yağında yağa düşənə qədər bişirin; əzilmiş sarımsaq, duz və bulyon əlavə edib qarışdırın.
- 5.Xama sousu üçün xamaya əzilmiş sarımsaq əlavə edib qarışdırın.
- 6.Xəmir üçün qabda qatıq, duz, soda və yumurtanı qarışdırın, ələnmiş una əlavə edib xəmir yoğurun. Üzərinə sellofan çəkib 10 dəqiqə dincəldin.
- 7.Ət və kartofu çıxardıqdan sonra bulyona bir az qaynar su əlavə edib qaynadın.
- 8.Xəmiri 2 hissəyə bölüb 1.5 sm qalınlığında yayın və romb şəklində kəsin.
- 9.Xəngəlləri qaynayan bulyona atıb qapağı bağlı şəkildə 4–5 dəqiqə qaynadın (arada 1-2 dəfə qarışdırın).
- 10.Bişmiş xəngəlləri çıxaran kimi dərhal kürdanla deşin ki, qaralmasın və formasını saxlasın.
- 11.Xəngəli ət, kartof, souslar və isti bulyon ilə birlikdə süfrəyə verin.
Qeydlər
- Xəmiri ət hazır olmamışdan 30 dəqiqə əvvəl hazırlamaq tövsiyə olunur.
- Xəngəlləri bulyondan çıxaran kimi dərhal kürdanla deşmək vacibdir, əks halda bərkiyər və tündləşər.
Ət reseptləriMakaron reseptləri