Türk Pastası

YouTubeƏlavə olunub: 16 Fevral 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Çox dadlıdır, hər kəsə yoxlamağa tövsiyə edirəm! 2-3 pors üçün nəzərdə tutulub.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Dana qiyməsini bitki yağında qovururuq. Ət yarıbişmiş halına çatanda xırda rəndələnmiş soğanı, tomat pastasını, zövqə görə duz, qara istiot və cirə əlavə edib ət tam bişənə kimi qovururuq.
  2. 2.2 litr qaynayan suya 2 ç.q. duz əlavə edib makaronları 10 dəqiqə hərdən qarışdıraraq qaynadırıq.
  3. 3.Kərə yağını vam odda əridib paprika ilə bir az qovururuq.
  4. 4.Qatığa duz və əzilmiş sarımsaq əlavə edib qarışdırırıq.
  5. 5.Sonda boşqaba ardıcıllıqla makaron, sarımsaqlı qatıq, paprikalı kərə yağının yarısı, qovrulmuş qiymə, doğranmış cəfəri, pomidor və kərə yağının ikinci yarısını əlavə edib servis edirik. Nuş olsun!

Makaron reseptləriƏt reseptləriTürk mətbəxi reseptləri30 dəqiqəyə hazır reseptlər