Yarpaq Xəngəli

YouTubeƏlavə olunub: 14 Yanvar 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Xəmir üçün

Üzəri üçün

Hazırlanma qaydası

  1. 1.Qiyməni bitki yağında qovururuq, duz və qara istiot əlavə edirik.
  2. 2.Soğanları yarımhalqa formasında doğrayıb bitki yağında orta odda qovururuq. Qızılı rəngi alandan sonra duz, sarıkök və kərə yağı əlavə edib tam qızarana kimi bişiririk.
  3. 3.Ayrıca sarımsaqlı qatıq hazırlayırıq.
  4. 4.Xəmiri yaxşıca, ən azı 10 dəqiqə yoğurub üzərini örtülü şəkildə otaq temperaturunda yarım saat dincəldirik.
  5. 5.Daha sonra 4 kündəyə bölüb yenidən üzərini örtür və yarım saat da gözləyirik.
  6. 6.Ardınca xəmiri nazik yayır, üzərinə un səpib doğrayırıq.
  7. 7.Qaynar suya duz əlavə edib qarışdırırıq, sonra xəngəlləri bir-bir suya salırıq. Ara-sıra yüngülcə qarışdırırıq ki, yapışmasın.
  8. 8.Xəngəllər üzə çıxandan sonra 4–5 dəqiqəyə hazır olur. Nuş olsun!

Qeydlər

  • Xəngəlləri çox qaynatmayın.

Ət reseptləriMakaron reseptləriAzərbaycan mətbəxi reseptləri