Şirəli Dana

YouTubeƏlavə olunub: 23 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Tavanı zəif odda qızdırın, quyruğu nazik doğrayıb tavada əridin.
  2. 2.Quyruq cızdaqlarını tavadan çıxarın və orta odda otaq temperaturunda olan ətlərin hər iki tərəfini qızardın. Əti tam bişirmək lazım deyil, sadəcə üzərinin qızarması kifayətdir.
  3. 3.Əti tavadan götürüb yerinə yarımhalqa doğranmış soğan və duz əlavə edin, yağda qarışdırın.
  4. 4.Qızarmış ətləri soğanın üzərinə düzün, zövqə görə duz və qara istiot səpin.
  5. 5.Qapağı bağlı halda, vam odda, arabir qarışdırıb suyunu yoxlamaq şərtilə ətin növündən asılı olaraq 1-2 saat bişirin. Ət lif-lif ayrılmalı, soğan isə tam əriməlidir.
  6. 6.Ət bişənə yaxın kərə yağı əlavə edin.
  7. 7.Sonda zirinc əlavə edib daha 5 dəqiqə bişirin və ocaqdan götürün.

Qeydlər

  • Əti tavaya qoymazdan əvvəl mütləq otaq temperaturunda saxlayın ki, tava soyumasın və ət şirəsini vaxtından əvvəl buraxmasın.
  • Soğanın öz suyu yetərli olmasa, bişmə zamanı az miqdarda isti su əlavə edə bilərsiniz.

Ət reseptləriAzərbaycan mətbəxi reseptləri