Göbələk kababı üçün
Kartof lüləsi üçün
Hazırlanma qaydası
- 1.Göbələkləri yaxalayıb tez suyunu süzün.
- 2.Duz, qara istiot, paprika və günəbaxan yağı əlavə edib qarışdırın, 20-30 dəqiqə marinasiyada saxlayın.
- 3.Kartofu qaynadıb əzin.
- 4.Quyruğu ətçəkəndən keçirib əzilmiş kartofa əlavə edin, pul bibər, duz və sarıkök qatıb yaxşıca yoğurun.
- 5.Şişlərə çəkib köz üzərində hər dəqiqədən bir çevirərək bişirin.
Qeydlər
- Göbələkləri eyni orta ölçüdə seçməyə çalışın.
- Göbələkləri yuyanda suda çox saxlamayın, yoxsa suyu özünə çəkər.
- Yağ göbələyin yanmaması və şirəli qalması üçün vacibdir.
Manqal reseptləriAzərbaycan mətbəxi reseptləriƏt reseptləri