Ev şəraitində qrildə və ya manqalda hazırlaya biləcəyiniz ən dəqiq klassik lülə kabab resepti.
Ərzaqlar
Servis üçün
Hazırlanma qaydası
- 1.Qoyun ətini və quyruğu ətçəkən maşından keçirin.
- 2.Soğanı ətçəkəndən keçirirsinizsə, suyunu yaxşıca sıxın; bıçaqla xırda doğrayırsınızsa, suyunu sıxmağa ehtiyac yoxdur.
- 3.Qiyməyə duz və qara istiot əlavə edib yaxşıca yoğurun və çırpın.
- 4.Hazır qiyməni ən azı yarım saat soyuducuda dincəldin.
- 5.Qiymənin ələ yapışmaması üçün əllərinizi ilıq su ilə isladaraq soyuq şişlərə çəkin.
- 6.Qrildə və ya gür alovlu köz üzərində çevirərək bişirin.
- 7.Sac lavaşı, doğranmış soğan, cəfəri və sumax ilə süfrəyə verin.
Qeydlər
- Şişlər qətiyyən isti olmamalıdır.
- Qril və ya köz gür odda olmalıdır.