Quyruq Lüləsi

YouTubeƏlavə olunub: 22 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Bakının ara küçələrindəki kafelərdən birində dadına baxıb bəyəndiyim fərqli və ləzzətli lülə resepti.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Ətçəkən maşından ardıcıllıqla əvvəlcə qozu, sonra quyruğu, sonda isə qırmızı soğanı keçirin.
  2. 2.Duz və istiot əlavə edib yaxşıca qarışdırın.
  3. 3.Qiyməni şişə çəkin.
  4. 4.Kömürdə 5–10 dəqiqə ərzində bişirin.
  5. 5.Hazır olduqdan sonra üzərinə limon sıxıb lavaşla süfrəyə verin.

Qeydlər

  • Soğanın bir hissəsi ətçəkəndə qala bilər, miqdarı buna uyğun tənzimləyin.
  • Kömürə çox yaxın qoysanız yanar, ona görə də şişi tez-tez çevirin.
  • Şişi böyrüstə qoymayın, əks halda lülə dağıla bilər.

Ət reseptləriManqal reseptləriAzərbaycan mətbəxi reseptləri30 dəqiqəyə hazır reseptlər