Badımcan Sarma Kababı

YouTubeƏlavə olunub: 6 Mart 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Badımcanları deşib közləyirik və qabığını soyuruq.
  2. 2.Bibər, soğan və sarımsağa azca duz əlavə edib xırda doğrayırıq və suyunu sıxırıq.
  3. 3.Doğranmış tərəvəzləri qiyməyə əlavə edirik. Üzərinə 1 ç.q. duz, 0.5 ç.q. qara istiot və 1 ç.q. paprika töküb yaxşıca qarışdırırıq.
  4. 4.Hazırladığımız qiyməni 6 hissəyə bölürük.
  5. 5.Hər hissəni qida plyonkasının (streçin) üzərində yayırıq, üstünə közlənmiş badımcan və pendir əlavə edib bükürük.
  6. 6.Bükdüyümüz kababları plyonkaya sarılı vəziyyətdə soyuducuda yarım saat saxlayırıq.
  7. 7.Daha sonra plyonkadan çıxarıb, əvvəlcədən 200 dərəcədə qızdırılmış sobaya qoyuruq və alt-üst rejimdə 30-35 dəqiqə bişiririk.

Qeydlər

  • Badımcanları qiyməyə bükməzdən əvvəl onlara duz vurmağı unutmayın.

Ət reseptləriAzərbaycan mətbəxi reseptləriTürk mətbəxi reseptləri