Bu gün sizinlə cəmi 3 inqrediyentdən ibarət olan Romanın qədimi spagetti reseptini bölüşmək istəyirəm - Cacio e Pepe (Pendir və Qara İstiot). Tələbə vaxtı ən çox hazırladığım reseptlərdən biri idi.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Tavada üyüdülmüş qara istiotu qızdıran zaman spagettini artıq qaynayan suya əlavə edib bişirin.
- 2.Az sonra spagettinin suyundan istiota əlavə edib bir az bişirin.
- 3.Spagetti tam hazır olmamışdan 3 dəqiqə qabaq istiota qatın və lazım olduqca suyundan əlavə edib qarışdırın.
- 4.Spagetti bişirilən zaman pendiri az-az əlavə edib krem halına gətirin.
- 5.4-5 dəqiqədən sonra spagetti hazır olmalıdır. Nuş olsun!
Qeydlər
- Pecorino Romano pendirini tapmasanız, Parmigiano Reggiano (Parmezan) və ya Grana Padano istifadə edə bilərsiniz. Çalışın keyfiyyətli pendir tapasınız.
- Qara istiotu yeməyə qatmamışdan qabaq üyüdsəniz daha ətirli olacaq.
- Spagettinin bişmə vaxtı qablaşdırmanın üzərində yazılmalıdır, keyfiyyətli spagetti istifadə etmək lazımdır.
Makaron reseptləriİtalyan mətbəxi reseptləriVegetarian reseptləri30 dəqiqəyə hazır reseptlər