Uşaqlar tərəvəzlərə yox deyirsə, bu makaron sousu əla seçimdir – tərəvəzlər sousun içində gizlənir, dadı isə uşaqların sevdiyi kremli teksturada qalır.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Tərəvəzləri təmizləyib doğrayın və bişirmə kağızı sərilmiş siniyə düzün.
- 2.Üzərinə duz və zeytun yağı əlavə edib qarışdırın.
- 3.Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada 40 dəqiqə ərzində bişirin və soyumağa qoyun.
- 4.Bişmiş tərəvəzləri blenderin qabına yığın, sarımsağın isə qabığını sıxaraq yalnız iç hissəsini əlavə edin.
- 5.Tərəvəzlərin üzərinə qaymaq, duz, şəkər tozu və qara istiot əlavə edib tam krem halına gələnə qədər blenderdən keçirin.
- 6.Pastanı qaynar duzlu suya töküb paketdə göstərilən vaxt ərzində bişirin və süzün.
- 7.Tavaya bir az zeytun yağı, hazırladığınız sousu və süzülmüş pastanı əlavə edib qarışdırın.
- 8.Qapağı bağlı şəkildə vam odda 5-10 dəqiqə bişirin.
- 9.Üzərinə təzə yaşıl reyhan və istəyə görə rəndələnmiş pendir əlavə edib servis edin.
Qeydlər
- Sarımsağın qabığının kremə düşməməsi üçün onu bişdikdən sonra içindən sıxaraq əlavə edin.
- Şəkər tozu pomidorun artıq turşuluğunu tarazlamaq üçün istifadə olunur.
Makaron reseptləriVegetarian reseptləriSous reseptləriİtalyan mətbəxi reseptləri