Çaşuşuli

YouTubeƏlavə olunub: 24 Yanvar 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Gürcü mətbəxinin ən dadlı yeməklərindən biridir.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Əti kub şəklində doğrayıb qızmar tavada üstü qızarana kimi bitki yağında bişiririk.
  2. 2.Sonra xırda doğranılmış soğan və duz əlavə edib qızarana kimi bişiririk.
  3. 3.Tomat pastası və varsa gürcü acikası (pasta şəklində olur) əlavə edib qarışdırırıq.
  4. 4.Ardınca bolqar və acı bibərləri xırda doğrayıb əlavə edirik.
  5. 5.Bir az qovurduqdan sonra qabığı soyulmuş, doğranılmış pomidorları və ədviyyatları əlavə edib qarışdırırıq. Qapağı bağlı şəkildə vam odda 1-2 saat ərzində (ət yumşalana kimi) bişiririk. Suyu çəkildikcə su və ya ət bulyonu əlavə edə bilərsiniz.
  6. 6.Bişənə yaxın cəfəri, keşnişi və sarımsağı xırda doğrayıb əlavə edirik və 4-5 dəqiqə gözləyirik.
  7. 7.Duzunu yoxlayıb süfrəyə veririk. Nuş olsun!

Qeydlər

  • Nəzərə alın ki, əti əvvəlcədən ədviyyatlarla 4-5 saatlıq marinə eləsəniz daha dadlı olacaq.

Ət reseptləriGürcü mətbəxi reseptləri