Ərzaqlar
Hazırlanma qaydası
- 1.Mayanı una qatıb qarışdırırıq, ayrı qabda isə duzu suda həll edirik.
- 2.Suyu una az-az əlavə edib yoğururuq. Xəmir konsistensiyası alındıqdan sonra şəkər və zeytun yağı əlavə edib 20 dəqiqə yoğururuq.
- 3.Xəmiri yoğurduqdan sonra üstünü örtüb 1 saat gözləyirik.
- 4.Xəmiri 2 hissəyə bölürük: alt qat üçün xəmirin 3/4 hissəsi, üst qat üçün isə 1/4 hissəsi.
- 5.Tavaya kərə yağı sürtürük, xəmiri yayıb tavaya yerləşdiririk.
- 6.Üzərinə rəndələnmiş pendir əlavə edib ikinci xəmir qatını qoyuruq. Xəmirin kənarlarını barmaqlarınızla sıxın və üzərində iri deşiklər açın ki, pizza bişəndə şişməsin.
- 7.Üzərinə tomat püresi əlavə edib əvvəlcədən 240 dərəcədə qızdırılmış sobada 10 dəqiqə bişiririk.
- 8.Pizzanı 180 dərəcə fırladıb əlavə 10 dəqiqə bişiririk.
- 9.Sonda üzərinə sosiska əlavə edib daha 5 dəqiqə bişiririk.
Qeydlər
- Duz maya ilə birbaşa təmasda olmamalıdır, çünki bu, mayanı məhv edə bilər.
Xəmir və çörək reseptləriƏt reseptləriİtalyan mətbəxi reseptləri