Pizza Marqarita

YouTubeƏlavə olunub: 22 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

İtaliyada kəşf edilmiş ev şəraitində ən ideal Pizza Marqarita resepti.

Xəmir üçün

İçlik üçün

Hazırlanma qaydası

  1. 1.Mayanı una qatıb qarışdırın, ayrı qabda duzu suda həll edin.
  2. 2.Unun əsas hissəsini suya qatıb qarışdırın, qalan hissəsini xəmir konsistensiyası alana kimi tədricən əlavə edin.
  3. 3.Şəkər və zeytun yağı qatıb 20 dəqiqə yoğurun, üstünü örtüb 20 dəqiqə dincəldin.
  4. 4.Xəmiri 4–6 hissəyə bölüb kündələyin, üstünü örtüb 6–8 saat saxlayın.
  5. 5.Kündələri əllərinizlə yayaraq bişirmə kağızının üzərinə qoyun.
  6. 6.Üzərinə blenderdən keçirilmiş pomidor sousunu çəkin, AzərSüd mozzarella pendirini əlavə edin və istəyə görə zeytun yağı gəzdirin.
  7. 7.Soba listini tərs çevirərək sobanı maksimum dərəcəyə kimi qızdırın.
  8. 8.Pizzanı bişirmə kağızı ilə birlikdə birbaşa qızmış soba listinin üzərinə qoyub xəmir hazır olana kimi bişirin (275 dərəcədə təxminən 10 dəqiqə).
  9. 9.Pizza bişdikdən sonra üzərinə təzə reyhan yarpaqları və zeytun yağı əlavə edin.

İtalyan mətbəxi reseptləriXəmir və çörək reseptləriVegetarian reseptləri