Sobada rahat və çox dadlı diyetik çeburek. Bir çeburekdə 35 q protein olduğu halda cəmi 390 kkal! (12 ədəd üçün)
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Toyuğu blenderdən və ya ətçəkəndən keçiririk.
- 2.Soğanı xırda doğrayırıq, ətə əlavə edib üzərinə duz, qara istiot və bir az su tökərək yaxşıca yoğururuq.
- 3.Yumurtanın sarısını ağından ayırırıq (lavaşı yapışdırmaq və üzərinə çəkmək üçün istifadə edəcəyik).
- 4.Hər lavaşa təxminən 3 dolu xörək qaşığı hazırladığımız qiymədən əlavə edib üzərinə sürtgəcdən keçirilmiş pendir səpirik.
- 5.Lavaşın qıraqlarını yumurtanın sarısı ilə sürtüb bağlayırıq. Qıraqları çəngəllə sıxırıq ki, bişəndə açılmasın.
- 6.Üzərinə yumurtanın sarısını sürtüb küncüt səpirik.
- 7.Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada orta rəfdə ən azı 18 dəqiqə (üstü qızarana qədər) bişiririk.
Qeydlər
- Ətin daha yağlı olmasını istəyirsinizsə, file əvəzinə toyuğun bud ətindən də istifadə edə bilərsiniz, lakin bu zaman yemək çox da diyetik olmayacaq.
- Lavaşı qalın seçməyə çalışın (məsələn, tortilla), çünki nazik lavaş həm cırıla, həm də yana bilər.
- Bişmə müddətində içi tam bişəcək, narahat olmayın.
Toyuq reseptləriQəlyanaltı reseptləriXəmir və çörək reseptləri