Əsl Bakı Küftəsi

YouTubeƏlavə olunub: 23 Mart 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

4 nəfərlik.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Noxudu əvvəlcədən 4-5 saatlıq suda saxlayırıq.
  2. 2.Sümüklü əti qaynadırıq, soyuq suya əlavə edirik ki, kəfi çıxsın. Kəfini təmizləyib duz və soğan əlavə edirik və tam bişməsini gözləyirik. Bulyonu süzüb qırağa qoyuruq.
  3. 3.Sümüksüz əti 1 soğanla çəkirik. Üzərinə 1 ç.q. duz, 0.5 ç.q. qara istiot, 0.5 ç.q. sarıkök və 4 ç.q. düyü əlavə edib yaxşıca yoğurub çırpırıq. 4 yerə bölürük, kündələyib yenə çırpırıq, içinə alça turşusu qoyub üstü hamar olana kimi forma veririk.
  4. 4.Suda duz həll edib, əlimizi duzlu suya batırıb kündələri hamarlaşdırırıq ki, küftələr qaynayanda dağılmasın.
  5. 5.Küftələri bulyonun içinə qoyub orta odda bişiririk, kəfini təmizləyirik. 15 dəqiqədən sonra zəfəran, noxud və kartof əlavə edirik. Duz və istiotunu yoxlayıb lazım olduqca əlavə edirik, qapağı bağlı şəkildə orta odda bişiririk.
  6. 6.Kartof və noxud bişəndən sonra hazırdır. Nuş olsun!

Qeydlər

  • Ətin kəfini su qaynamamış təmizləmək lazımdır, yoxsa suya qarışacaq.

Ət reseptləriŞorba reseptləriAzərbaycan mətbəxi reseptləri