Əsl ənənəvi Şəki pitisinin hazırlanma qaydası.
1 dopu üçün ərzaqlar
Hazırlanma qaydası
- 1.Noxudu gecədən suda saxlayın.
- 2.Əti doğrayıb yarım saat soyuq suda saxlayın.
- 3.Dopunun içinə ardıcıllıqla çiy noxud, ət, quyruq, duz və soyuq su əlavə edin (daşmaması üçün suyu natamam tökün) və gur odda qaynadın.
- 4.Qaynayan kimi üzərinə yığılan kəfi diqqətlə və tamamilə təmizləyin.
- 5.Kəfini aldıqdan sonra odu azaldın, 2 xörək qaşığı xırda doğranmış soğan əlavə edin və qapağı bağlı şəkildə 6–7 saat bişirin (dopunun qapağında kiçik dəlik olmalıdır).
- 6.Bişmə müddətində su azaldıqca üzərinə qaynar su əlavə edin.
- 7.6–7 saat keçdikdən sonra şabalıd, gavalı turşusu və dəmlənmiş zəfəranı əlavə edin.
- 8.Yarım saat daha qaynatdıqdan sonra piti hazırdır. Yanında sumax, soğan və çörəklə servis edin.
Qeydlər
- Dopunu ilk istifadədən qabaq quyruq yağında qaynatmaq lazımdır ki, gil yağa doysun.
- Gur od kəfin tez üzə çıxması və rahat təmizlənməsi üçün vacibdir, əks halda kəf dibə çöküb yeməyə qarışa bilər.