Əsl Şəki Pitisi

YouTubeƏlavə olunub: 16 İyun 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Sizinlə əsl ənənəvi Şəki Pitisinin hazırlanmasını paylaşıram. Aşağıdakı ərzaqlar 1 dopu (gil qab) üçündür.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Noxudu gecədən suda saxlayırıq.
  2. 2.Əti doğrayıb yarım saat soyuq suda saxlayırıq.
  3. 3.Ardıcıllıqla çiy noxud, ət, quyruq, duz və soyuq su dopunun içinə əlavə olunur və gur odda qaynadılır. Suyu natamam əlavə edin ki, qaynayanda daşmasın.
  4. 4.Gur od kəfin tez gəlməsi və rahat təmizlənməsi üçün lazımdır, əks halda kəf dibə gedib pitiyə qarışa bilər. Kəf gələn kimi təmizləmək vacibdir.
  5. 5.Kəfini alandan sonra od azaldılır, iki qaşıq xırda doğranılmış soğan əlavə edilir və 6-7 saat ərzində qapağı bağlı şəkildə bişirilir (dopunun qapağında kiçik bir dəlik olmalıdır).
  6. 6.Su azaldıqca qaynar su əlavə etmək vacibdir.
  7. 7.6-7 saat keçdikdən sonra şabalıd, gavalı turşusu və dəmlənmiş zəfəran əlavə edilir.
  8. 8.Yarım saat qaynayandan sonra hazırdır. Piti sumax, çörək və soğanla yeyilir. Nuş olsun!

Qeydlər

  • Gil qabları (dopuları) ilk istifadədən qabaq quyruqda qaynatmaq lazımdır, çünki dopu yağa doymuş olmalıdır.

Ət reseptləriŞorba reseptləriAzərbaycan mətbəxi reseptləri