Ərzaqlar
Hazırlanma qaydası
- 1.Qiyməyə duz və qara istiot əlavə edib nazik qatla tortillanın üzərinə yayırıq.
- 2.Qızğın tavada zeytun yağında əvvəlcə ət tərəfini təxminən 4–5 dəqiqə qızardırıq.
- 3.Sonra çevirib tortilla tərəfini 3–4 dəqiqə bişiririk. Bu zaman odun gücünü azaltmaq lazımdır ki, tortilla yanmasın.
- 4.Üzərinə çeddar pendiri əlavə edib ətin tam bişməsini gözləyirik.
- 5.Qarğıdalı sousunu hazırlamaq üçün qarğıdalı, mayonez, xardal, duz, qara istiot və paprika tozunu qarışdırırıq.
- 6.Bişdikdən sonra takonun üzərinə doğranmış tərəvəzləri (soğan və pomidor) və hazır qarğıdalı sousunu əlavə edib nuş edirik.
Ət reseptləriQəlyanaltı reseptləri30 dəqiqəyə hazır reseptlər