General Salatı

YouTubeƏlavə olunub: 18 Dekabr 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Bu qat-qat salat həm zövqləri oxşayacaq, həm də süfrənizi bəzəyəcək.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Əti qaynadırıq, kəfini təmizləyirik və bişənə yaxın duz əlavə edirik.
  2. 2.Əti bulyondan ayırıb hissələrə bölürük, üzərinə rəndələnmiş sarımsaq və 2 xörək qaşığı mayonez əlavə edib qarışdırırıq.
  3. 3.Diametri 18-20 sm olan formaya əti birinci qat olaraq əlavə edib yayırıq.
  4. 4.Sonra ardıcıl olaraq rəndələnmiş holland pendiri, mayonez, qaynadılmış və rəndələnmiş kök, mayonez, qaynadılmış rəndələnmiş yumurta, mayonez, qaynadılmış rəndələnmiş çuğundur və yenidən mayonez əlavə edirik.
  5. 5.Üzərinə şüyüd və nar dənələri əlavə edirik.
  6. 6.Formanı çıxarmamışdan əvvəl salatı yarım saat soyuducuda saxlayırıq.

Salat reseptləriƏt reseptləriBayram süfrəsi üçün reseptlər