Ərzaqlar
Hazırlanma qaydası
- 1.Kartofu suda qaynadırıq (ölçüdən asılı olaraq 40-50 dəqiqə).
- 2.Sonra kartofu soyudub soyuruq.
- 3.Tavaya bişirmə kağızı qoyuruq, yağlayırıq, üstünə kartofları əlavə edib, əzib yayırıq. Sonra üzərinə əlavə bişirmə kağızı qoyub, düzləşdiririk. Kartof təxmini 1 sm qalınlıqda olmalıdır.
- 4.Üzərinə zövqə görə zeytun yağı, duz, qara istiot və pul bibəri əlavə edib əvvəlcədən 270 dərəcədə qızdırılmış sobaya qoyub 5-10 dəqiqə bişiririk.
- 5.Sonra əzilmiş kartofu çıxardıb üzərinə tomat sousu, mozzarella pendiri, göbələk və kolbasa əlavə edib yenidən əvvəlcədən 270 dərəcədə qızdırılmış sobaya qoyub 10-15 dəqiqə üstü qızaranadək bişiririk.
- 6.Sobadan çıxardıb üzərinə parmezan pendiri sürtgəcdən keçirib əlavə edirik. Nuş olsun!
Qeydlər
- Ərzaqları öz zövqünüzə uyğun dəyişə bilərsiniz.
- Kartofları eyni ölçüdə seçin ki, eyni vaxtda bişsinlər.
- Soba hər iki halda alt-üst rejimdə işləməlidir.
Ət reseptləriQəlyanaltı reseptləriİtalyan mətbəxi reseptləri